Taekvandoçumuz Ayxan Tağızadə erməni rəqibinə qalib gələrək Universiadanın finalına yüksəlib | |
Azərbaycanın taekvando üzrə millisinin üzvü Ayxan Tağızadə (68 kq) Taypey şəhərində keçirilən Ümumdünya Yay Universiadasının finalına yüksəlib Avqustun 22-də start verilən taekvando yarışlarının ilk günündə milli komandamızın iki üzvü mübarizə aparır. Dayanq üzərinə çıxan Ayxan Tağızadə fransalı Fabio Franko Matteyə 19:7, böyük britaniyalı Jakob Barnettə 17:9, dörddəbir finalda Xavier Polo Perezə (İspaniya) 9:7 hesabı ilə qalıb gələrək yarımfinala vəsiqə qazanıb. Həlledici döyüş uğrunda qarşılaşmada erməni rəqibi Sergey Vardazaryanı böyük üstünlüklə (31:14) məğlub edən Ayxan finalda rusiyalı taekvandoçu Boris Krasnovla üz-üzə gələcək. Bununla da idmançımız yarışların ən az gümüş medalını təmin edib. Digər idmançımız Qaşım Maqomedov (54 kq) isə ilk rəqibi Embrion Hidayətullahdan (Hindistan) 29:19 hesabı ilə üstün olsa da, Avstraliya təmsilçisi Malkom Levisə 10:12 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. Universiadanın taekvando üzrə yarışlarında ölkəmizi 12 idmançı təmsil edir. Qeyd edək ki, taekvando yarışları avqustun 26-dək davam edəcək. |
|
Xəbər 1492 dəfə oxundu. |
|
|