Azərbaycanın cüdo üzrə milli komandası universiadada aktivinə daha bir medal yazdırıb
Taypeydə keçirilən XXIX Ümumdünya Yay Universiadasının cüdo yarışlarının ikinci günündə milli komandamız aktivinə daha bir medal yazdırıb.

Ölkəmizi 90 kiloqram çəki dərəcəsində təmsil edən Firudin Dadaşov yarışda universiadanın bürünc medalına layiq görülüb.

Yarışlara 1/16 final mərhələsindən başlayan cüdoçumuz müvafiq olaraq Kolumbiya və İtaliya idmançılarını mübarizədən kənarlaşdırsa da, dörddəbir finalda Yaponiya təmsilçisi ilə görüşdə məğlub olub. Bürünc medal uğrunda görüşdə idmançımız Çexiya, Latviya və Qazaxıstan cüdoçularına qalib gələrək yarışda üçüncü yeri tutub.

Turnirin ilk günündə Azərbaycan idmançısı Zelim Kotsoyev (100 kq) universiadanın qızıl medalını qazanıb.

Xəbər 767 dəfə oxundu.