Azərbaycanlı peşəkar boksçu Moskvada çıxış edəcək
Payızın əvvəlində Moskvada MMA üzrə peşəkarlar arasında turnir keçiriləcək. Turnirdə 20 yaşlı Tahir Abdullayev də çıxış edəcək.

Sentyabrın 9-na təyin edilmiş görüşdə Tahir Abdullayevin rəqibi 26 yaşlı Rusiya nümayəndəsi Aleksey Balıberdin olacaq. MMA üzrə üçüncü beynəlxalq “ОRION FIGHTING GLOBAL” turnirində Tahir Abdullayev 77 kq çəki dərəcəsində çıxış edəcək.

“Tank” ləqəbli Azərbaycan döyüşçüsünün aktivində 4 qələbə var. Tahir peşəkar rinqdə ilk döyüşünü 2015-ci il aprelin 6-da keçirib.

Xəbər 639 dəfə oxundu.