Azərbaycan şahmatçıları İbn Sina Kuboku uğrunda mübarizə aparacaqlar
Bu gün İranın Həmədan şəhərində şahmat üzrə XIV İbn Sina Kuboku başlanır.

“A” qrupunda 12 ölkədən 55 şahmatçı, o cümlədən 14 qrossmeyster iştirak edir. Azərbaycanı turnirdə qrossmeyster Vüqar Rəsulov və beynəlxalq dərəcəli usta Loğman Quliyev təmsil edirlər.

İsveçrə sistemi üzrə keçiriləcək İbn Sina Kuboku 9 turdan ibarətdir.

Xəbər 1039 dəfə oxundu.