“Neftçi” klubunu “Kəpəz”lə oyuna Elşad Əhmədov hazırlaşdıracaq
Paytaxt təmsilçisi “Neftçi” Topaz Premyer Liqasının III turu çərçivəsində “Kəpəz” klubu ilə keçirəcəyi oyunun hazırlıqlarına avqustun 22-də start verəcək.

Komandanı oyuna əvəzedici heyətin baş məşqçisi Elşad Əhmədov və əsas komandanın məşqçilər heyəti hazırlaşdıracaq.

“Neftçi” – "Kəpəz” matçı avqustun 25-də “Bakcell Arena”da keçiriləcək.

Xəbər 1197 dəfə oxundu.