Binəqədidə rayon birinciliyi keçirilib
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, YAP Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının “İctimai-siyasi, təbliğat işlərinin təşkili və ideoloji işin təkmilləşdirilməsi haqqında” 2017-ci il 2 iyun tarixli 130 №-li Sərəncamının icrasına uyğun olaraq vətəndaşların asudə vaxtlarının səmərəli təşkili məqsədilə 15 avqust 2017-ci il tarixdə Binəqədi qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində sakinlər arasında nərd, şahmat və dama üzrə rayon birinciliyi keçirilib.

Yarışın nəticəsinə görə nərd idman növü üzrə Xəyyam Ağayev I, Raqif Gülüşov II, Ramiz Vəliyev III yerə; şahmat idman növü üzrə Sabit Hacıyev I, Misir Abdullayev II, Orxan Qurbanov III yerə; dama idman növü üzrə Şaiq Rzayev I, Firudin Xəlilov II, Elçin Əşrəfov III yerə layiq görülüblər.

Sonda qaliblər Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar. Mükafatlandırma mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Rafiq Nəsirov iştirak edib.

Xəbər 594 dəfə oxundu.