Topaz Premyer Liqasında ikinci turun oyun cədvəli müəyyənləşib
Topaz Premyer Liqasının 2017-2018-ci illər mövsümündə ikinci turun oyun cədvəli müəyyənləşib.

Avqustun 19-da start götürəcək turun ilk oyunu “Dalğa Arena”da “Səbail” ilə “Neftçi” klubları arasında olacaq. Eyni gündə “Azersun Arena”da “Qarabağ” komandası Bakı təmsilçisi “İnter”i qonaq edəcək.

Avqustun 20-də isə “Qəbələ” doğma meydanda “Sumqayıt” klubunu qəbul edəcək. Yevlax şəhər stadionunda isə “Kəpəz”–“Zirə” komandalarının görüşü keçiriləcək.

Xəbər 619 dəfə oxundu.