AFFA-nın əməkdaşı ÇSKA–“Young Boys” oyununa təyinat alıb
AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA tərəfindən yeni təyinat alıb.

E.Məmmədov Çempionlar Liqasının play-off mərhələsi cavab oyunları çərçivəsində keçiriləcək ÇSKA (Rusiya)–“Young Boys” (İsveçrə) oyununda matçın direktoru (UEFA Venue Director) kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, matç avqustun 23-də Moskvadakı “ÇSKA Arena”da keçiriləcək.

Xəbər 622 dəfə oxundu.