İspaniya portalı “Qarabağ”ın “Kopenhagen” üzərindəki qələbəsindən bəhs edir
İspaniyanın Besoccec portalında Ağdamın “Qarabağ” komandasının UEFA Çempionlar Liqasında Danimarkanın “Kopenhagen” klubu üzərində qazandığı qələbədən bəhs edən məlumat yayılıb.

Məlumatda ötən gün Bakıda keçirilən oyunun gedişi təhlil olunur.

Azərbaycan klubunun Çempionlar Liqasının qrup mərhələsinə çıxmaq şansını yüksək qiymətləndirən müəllif Serxio Alvares qeyd edir ki, Danimarka komandası bu oyunda daha böyük hesabla məğlub ola bilərdi.

AZƏRTAC

Xəbər 603 dəfə oxundu.