Şahmatçılarımız Avropa çempionatında

Bolqarıstanın Plovdiv şəhərində kişilər arasında şahmat üzrə Avropa çempionatı davam edir.

Çempionatın ikinci turunda şahmatçımız Orxan Abdulov Georgi Xelaya (Gürcüstan), Eltac Səfərli Cahangir Ağarəhimova qalib gəliblər. Şəhriyar Məmmədyarov Luka Payçadze (Gürcüstan) ilə, Vasif Durarbəyli Liviu-Diter Nisipyanu (Rumıniya) ilə, Namiq Quliyev Viktor Erdoş (Macarıstan) ilə, Vüqar Rəsulov Mixail Mçedlaşvili (Gürcüstan) ilə, Rauf Məmmədov Bratolomey Heberla (Polşa) ilə, Qədir Hüseynov Aleksey Qodanov (Rusiya) ilə, Kənan İzzət isə Yan Smitslə (Hollandiya) heç-heçə oynayıblar.
Digər şahmatçımız Zaur Ocaqverdiyev məğlub olub.

Növbəti turda Ş.Məmmədyarov Lusian Filiplə (Rumıniya), V.Durarbəyli İlya Smirinlə (İzrail), V.Rəsulov Daniel Fridmanla (Almaniya), N.Quliyev Sergey Jiqalko (Belarus) ilə, R.Məmmədov Aleksey Qodanovla (Rusiya), Q.Hüseynov Mikele Qodenayla (İtaliya), E.Səfərli Robert Kreysl (Avstriya) ilə, O.Abdulov Zdenko Kozulla (Xorvatiya), K.İzzət Mixail Marinlə (Rumıniya), Z.Ocaqverdiyev Martin Neybauerlə (Avstriya) və C.Ağarəhimov isə Georgi Xela (Gürcüstan) ilə qarşılaşacaqlar.

AzərTAc

Xəbər 1040 dəfə oxundu.