Binəqədidə şahmat birinciliyi keçirilib
Avqustun 12-də “Beynəlxalq Gənclər günü” münasibəti ilə Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə start verilmiş “Gənclik həftəsi” layihəsi çərçivəsində 11 avqust 2017-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində əsgərlər arasında şahmat birinciliyi keçirilib.

Yekun nəticələrə görə Baxış Mikayılov birinci yerə, Əli Hüseynzadə ikinciyə, Şəmistan Mamedov üçüncü yerə layiq görülüblər.

Sonda qaliblər Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 615 dəfə oxundu.