“Qarabağ” – “Kopenhagen” matçının biletləri sabahdan satışa çıxarılacaq
Futbol üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək “Qarabağ” – “Kopenhagen” (Danimarka) oyununun biletləri satışa çıxır.

Azarkeşlər sabah saat 10:00-dan etibarən biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilərlər.

Biletlərin qiyməti nömrəli sektorlara görə 1, 2, 3, 5 və 10 manat, VİP sektoruna isə 50 manatdır.

Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” matçı avqustun 15-də saat 20:00-da başlayacaq.

Xəbər 614 dəfə oxundu.