Karateçilərimiz 13-cü beynəlxalq dostluq və həmrəylik turnirində mübarizə aparacaqlar
Müxtəlif yaş qrupları üzrə milli komandamızın üzvləri İranının Urmiya şəhərində kişilər arasında 13-cü beynəlxalq dostluq və həmrəylik turnirində iştirak edəcəklər.

Yığmamızın heyətindən 14-15 yaşlı yeniyetmələrdən Fərid Ağayev (-52 kq), Hüseyn Məmmədli və Tale Yaqubov (hər ikisi-57 kq), Rəvan Bağırov və İsmayıl Məhəbbətli (hər ikisi -63 kq), Məmməd Məmmədov (-70 kq), 16-17 yaşlı gənclərdən isə Müseyib Məmmədov (-55 kq), Hümmət Baxşəliyev (-61 kq), Tural Yaqubov (-68 kq) və Murad Balakişiyev (-76 kq) çıxış edəcək.

Böyüklərin yarışına Ülvi Qurbanlı və Elcan Məmmədrzayev (-60 kq), Hüseyn Əliyev və Rafiz Hüseynov (-67 kq), Pənah Abdullayev və Turqut Həsənov (-84 kq), Emil Güləhmədov, Murad Hacızadə, Şahin Atamov və Əli Cəfərov (+84 kq) qatılacaq.

Roman Heydərov fərdi kata yarışlarında, Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Əliyev isə komanda çıxışlarında mübarizə aparacaqlar.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə Urmiyada ənənəvi yarışa yollanan heyətdə milli komandaların məşqçiləri Şahin Xudaverdiyev, Anar Allahverdiyev, eləcə də beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov da var.

Yarış 4 gün davam edəcək.

Xəbər 763 dəfə oxundu.