Basketbol yığmamız “Novruz-2012”-nin qalibi oldu

Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən basketbol üzrə “Novruz-2012” beynəlxalq turniri başa çatıb.

Kojomkula adına İdman Kompleksində dairəvi üsulla keçirilmiş turnirin sonuncu turunda Azərbaycan yığması Qırğızıstan millisi ilə qarşılaşmış və basketbolçularımız 76:73 hesabı ilə qalib gəliblər.

Keçirdiyi bütün oyunlarda qələbə qazanan millimiz turnirin qalibi olub.

Xəbər 1108 dəfə oxundu.