Azərbaycan–San Marino oyununun biletləri satışa çıxarılıb
Futbol üzrə Dünya Çempionatı-2018-in seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan–San Marino oyununun biletləri satışa çıxarılıb.

Biletləri 28 Mall Ticarət Mərkəzində, Bakcell müştəri xidmətləri mərkəzində və "Bakcell Arena"nın kassalarında əldə etmək mümkündür. Həmçinin biletlərin onlayn satışı www.tickets.affa.az saytında da həyata keçirilir.

Xəbər 1149 dəfə oxundu.