Güləşçilərimiz dünya çempionatına hazırlıqlarını davam etdirirlər | |
Güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn dünya çempionatına hazırlıqlarını davam etdirirlər. Yunan-Roma və sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandalar məşqlərini Olimpiya Güləş Mərkəzində, qadın güləşçilər isə Kiyev şəhərində Konça Zaspa təlim-məşq bazasında davam etdirirlər. Yunan-Roma güləşi yığmasının təlim-məşq toplanışı avqustun 3-dən başlayıb və çempionata yola düşənə qədər davam edəcək. Avqustun 7-də Ukraynaya yollanan qadın güləşçilərimiz isə ayın 21-dək bu ölkənin yığma komandası ilə birgə hazırlıqları davam etdirəcəklər. Sərbəst güləşçilərin təlim-məşq toplanışı avqustun 6-dan başlayıb, 20-dək davam edəcək. Məlumat üçün bildirək ki, dünya çempionatı avqustun 21-dən 26-dək Parisdə baş tutacaq. Proqrama əsasən, 21-22 avqustda yunan-Roma, 23-24 avqustda qadın güləşçilər arasında qaliblər müəyyənləşəcək. Sərbəst güləşçilər isə avqustun 25-26-da xalça üzərinə çıxacaqlar. |
|
Xəbər 1241 dəfə oxundu. |
|
|