Arda Turan Türkiyə milli komandası ilə bağlı yeni qərarını açıqlayıb
Türkiyə milli komandasında karyerasına son qoyan futbolçu Arda Turan yenidən ay-ulduzlu formanı geyinəcək.

“Barselona”da oynayan 30 yaşlı yarımmüdafiəçi yığmanın yeni baş məşqçisi Mirça Luçesku ilə görüşdən sonra bu qərarı verib.

Rumıniyalı baş məşqçi dünən İspaniyada baş tutan “Barselona”-“Şapokeonse” görüşündən əvvəl A.Turanla bir araya gələrək onu milliyə dönməyə razı salıb.

Xatırladaq ki, A.Turan iyunun 6-da keçirdiyi mətbuat konfransında yığmada karyerasını başa vurduğunu açıqlamışdı.

Xəbər 1354 dəfə oxundu.