Azərbaycan atleti dünya çempionatının finalında yarışacaq
Böyük Britaniyanın paytaxtı Londonda keçirilən atletika üzrə dünya çempionatı Azərbaycan idmançıları üçün uğurlu olub.

Kişilərin üç təkanla uzunluğa tullanma yarışında iki idmançımız yarışıb. Onlardan biri Aleksis Kopello 16,89 metr nəticə göstərərək təsnifat mərhələsini yeddinci yerdə başa vurub. Bu, ona final mərhələsində mübarizə aparmaq imkanı verib. Növbəti mərhələyə adlayan 12 idmançı arasında ən yüksək nəticəni isə 17,20 metrlə ABŞ idmançısı Kris Benard göstərib. On iki idmançının iştirak edəcəyi final mərhələsi avqustun 10-da olacaq.

Digər idmançımız Nazim Babayev isə 14-cü yer tutub və həlledici mərhələyə vəsiqə qazandıran 12-ci yerdən geri qalıb.

Qeyd edək ki, komandamızın digər üzvü Hayle İbrahimov avqustun 9-da beş min metr məsafəyə qaçmaq yarışında gücünü yoxlayacaq.

Xəbər 997 dəfə oxundu.