Azərbaycan triatlonçusu 39 idmançının qatıldığı turnirdə 6-cı olub
Azərbaycanın triatlon üzrə yığmasının üzvü Darina Moskalenko Macarıstanın Velense şəhərində keçirilən gənclər arasında (U-23) Avropa çempionatında 6-cı yeri tutub.

750 metrlik su məsafəsini idmançımız 10:31 vaxt çərçivəsində başa vurub. Ardınca isə 20 kilometrlik velodistansiyanı 33:28 nəticə ilə qət edib. Nəhayət, yarışların son mərhələsini - 5 kilometrlik qaçış zolağını D.Moskalenko 18:41 nəticə ilə başa vurub. Ümumi hesablamada Darina 01:04:13 vaxt göstəricisi ilə 6-cı yerə layiq görülüb.

Turnirdə 39 idmançı mübarizə aparıb. Yarışın qalibi isə britaniyalı Corciya Teylor-Braun olub.

Xəbər 696 dəfə oxundu.