Azərbaycanın paracüdo komandaları Avropa çempionatında qızıl medallar qazanıblar
Avqustun 7-də İngiltərənin Valsall şəhərində keçirilən cüdo üzrə Avropa çempionatında Azərbaycanın idman tarixində ilkə imza atılıb.

Ölkəmizin kişilər və qadınlardan ibarət paracüdo üzrə yığmaları çempionatda bütün rəqiblərinə qalib gələrək komanda yarışlarında qızıl medallara sahib olublar.

Xatırladaq ki, fərdi yarışlarda idmançılarımız 4 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıblar. Azərbaycan cüdoçularından İlham Zəkiyev, Rövşən Səfərov, Sevda Vəliyeva və Xanım Hüseynova qızıl, Bayram Mustafayev gümüş, Ramil Qasımov və Hüseyn Rəhimli isə bürünc medal əldə edib.

Xəbər 1346 dəfə oxundu.