Roman Qriqorçuk: Həm sürətli oyun, həm də fərdi keyfiyyətlərdə rəqibimiz güclü idi
Bəzən elə oyunlar olub ki, hesabı açıb, sonradan qol buraxmışıq. Amma əksi – hesabı açıb, qalib gəldiyimiz görüşlər də olub. Bu dəfə də hesabı açdığımız matçda məğlubiyyətə uğradıq. Bu gün iki qol buraxdıq, amma daha üçünü vura bilmədik.

Bu sözləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Panatinaikos” (Yunanıstan) matçından (1:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransında deyib.

Ukraynalı məşqçi rəqib komandanın oyununu dəyərləndirərək “Panatinaikos”un çox yaxşı oynadığını bildirib. “Həm sürətli oyun, həm də fərdi keyfiyyətlərdə rəqibimiz güclü idi. Bunun da öhdəsindən gəlmək çətin idi. Belə olmasını istəməzdim. Futbolda bütün cəbhələrdə yüksək hədəflər üçün mübarizə aparmağın tərəfdarıyam”, - deyə o qeyd edib. Kombinasiyalı, sürətli futbolun tərəfdarı olduğunu söyləyən Roman Qriqorçuk hazırda komandaya Viktor Mendi kimi hücumçunun lazım olduğunu deyib: “Onun vaxtında belə çatışmazlıq hiss edilmirdi. Ön xətdə elə oyunçu lazımdır ki, o qədər kombinasiyalı olmasa da, topu qəbul etmək, saxlamaq qabiliyyətli olsun. Rəqibin heyətində belə futbolçu Gilyerme Molins idi. Yoxsa ki, hücumçu topu itirən kimi yenidən müdafiə olunmağa başlamalısan. Amma topu saxlayıb, komanda yoldaşlarının da önə çıxmasını gözləyən hücumçu daha faydalıdır. İndi isə 2 ildir belə futbolçumuz çatışmır”.

Xəbər 777 dəfə oxundu.