UEFA Avro-2020 ilə bağlı şərtləri açıqlayıb

UEFA rəhbərliyi 2020-ci il Avropa çempionatını keçirməklə bağlı sifariş ərizələrini qəbul etməyə hazır olduğunu elan edib. İdman.com.az Apasport.az saytına istinadən xəbər verir ki, qitə futbol qurumu artıq yaxın günlərdə tərkibində olan 53 mili assosiasiyaya bununla bağlı təklifini göndərəcək. Orada final mərhələsini keçiriləcək stadionlar və onlardakı azarkeş tutumu ilə bağlı minimal kriteriyalar sadalanacaq.

Federasiyaların yekun qərar qəbul etməklə bağlı hələ 2 ay vaxtı var. Belə ki, milli assosiasiyalar mayın 15-dək cavab məktubları göndərməlidir. Orada final mərhələsini keçirmək niyyəti rəsmən göstərilməlidir. Əgər sifariş yalnız bir ölkədən olarsa, onda UEFA turnirin təşkilatçısını təsdiqləməzdən öncə bütün lazımı zəmanətlərin toplanmağı ilə məşğul olacaq. İddiaçılar 1-dən çox olarsa isə qurum namizədlərə geniş dosyelərini hazırlamaq üçün il yarım vaxt verəcək. Final mərhələsinin yeri ilə bağlı yekun qərar 2013-cü ilin sonu – 2014-cü ilin əvvəlində veriləcək.

Qeyd edək ki, Azərbaycanla Gürcüstan həmin çempionatı keçirməklə bağlı istəklərini bildirib.

Xəbər 1002 dəfə oxundu.