Finlandiyada keçirilən güləş üzrə dünya çempionatında gənc qızlarımız mübarizə aparırlar
Finlandiyanın Tampere şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı davam edir.

Dördüncü yarış günündə 48, 55, 63 və 72 kq çəki dərəcələrində gənc qızlar mübarizə aparırlar.

Yığma komandamızın 2 üzvü yarışda iştirak edir. Ölkəmizi 48 kq çəki dərəcəsində Türkan Nəsirova və 55 kq çəki dərəcəsində Leyla Qurbanova təmsil edirlər.

Türkanın ilk rəqibi 1/16 final mərhələsində Avstriya təmsilçisi Kim Marlies Gmeiner olacaq. Leyla isə 1/8 finalda koreyalı Eunyounq Parka qarşı mübarizə aparacaq.

Xəbər 626 dəfə oxundu.