Atıcılıq üzrə Avropa çempionatında son oyunun qalibi müəyyənləşib
Atıcılıq üzrə Avropa çempionatında 50 metr məsafədən qarışıq hərəkətdə olan hədəfə atəşaçmada kişi yeniyetmələr arasında yarışın qalibi Ukrayna təmsilçisi olub.

İqor Kizima 387 xal toplayaraq qızıl medal qazanıb. İsveçrəli atıcı Berqstroem Andreas 379 xalla gümüş medala yiyələnib.

Rusiya təmsilçisi Valeri Davidov 378 xal toplayaraq bürünc medala sahib olub.

Xəbər 1711 dəfə oxundu.