Mirça Luçesku Türkiyə milli futbol komandasının baş məşqçisi təyin olunub
Türkiyə Futbol Federasiyası Mirça Luçeskunu milli futbol komandasının baş məşqçisi təyin edib.

Luçesku ilə üç (2+1) illiyə müqavilə imzalanmasını dair razılıq əldə olunub. Müqavilənin rəsmi imzalanma mərasimi avqustun 4-də keçiriləcək.

Rumıniyalı futbol mütəxəssisi Mirça Luçesku bundan əvvəl Türkiyənin Qalatasaray ve Beşiktaş klublarının baş məşqçisi olmuş və hər iki komandanı çempionluq zirvəsinə yüksəltmişdi.

Xatırladaq ki, Türkiyə milli futbol komandasının sabiq baş məşqçisi Fatih Terim bir həftə əvvəl vəzifəsindən istefa verib. O, milli komandaya 2013-cü ildən rəhbərlik edirdi.

Xəbər 594 dəfə oxundu.