Azərbaycanın taekvando yığması Rusiyada keçiriləcək Qran-pri turnirində iştirak edəcək
Taekvando üzrə Azərbaycan yığması avqustun 4-6-da Moskvada keçiriləcək Qran-pri turnirində iştirak edəcək.

G4 kateqoriyalı beynəlxalq yarışda böyüklərdən ibarət Azərbaycan millisi beş taekvandoçu ilə təmsil olunacaq.

Təlim-məşqləri başa vuran komandamız artıq Moskva şəhərindədir. Yarışda kişilərdən Qaşım Maqomedov (58), Məhəmməd Məmmədov və Ayxan Tağızadə (hər ikisi 68 kq), Ramin Əzizov (80 kiloqramdan yuxarı), qadınlardan isə Fəridə Əzizova (67 kq) mübarizə aparacaq. Baş məşqçi Reza Mehmandoust və qadınlardan ibarət yığma komandanın baş məşqçisi Elnur Amanovun rəhbərliyi ilə turnirə qatılan millimiz avqustun 7-də vətənə qayıdacaq.

Turnirdə qalib idmançı aktivinə 40, ikinci yeri tutan 24, üçüncü yerə sahib olan isə 14,4 reytinq xalı əlavə etmiş olacaq.

Daha sonra yarış Mərakeşdə, Böyük Britanıyada, final mərhələsi isə Fil Dişi Sahilində təşkil ediləcək.

Xəbər 1221 dəfə oxundu.