Samboçularımız Moskvaya gedirlər

Martın 24-dən 27-dək Rusiyanın paytaxtı Moskvada sambo üzrə dünya kubokunun mərhələ yarışları keçiriləcək.
Yarışda iştirak edəcək millimizin heyəti müəyyənləşib. Heyətdə İslam Cabbarov, Əfqan Abdullayev (hər ikisi 52 kq), Fərid Mikayılov, Cavidan Qarayev (hər ikisi 62 kq), İsmayıl Hüseynov (68 kq), Zülfüqar Quliyev (74 kq) və Elçin Ramazanov (82 kq) yer alıblar.

Xəbər 1884 dəfə oxundu.