300 metr məsafəyə standart tüfənglə atəşaçma yarışının qalibi müəyyənləşib
Atıcılıq üzrə Avropa çempionatında kişilər arasında 300 metr məsafədən standart tüfənglə güllə atıcılığı yarışının final mərhələsində Avstriya təmsilçisi qızıl medal qazanıb.

Avstriyalı Pikl Bernhard bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, 578 (20x) xal toplayıb.

Finlandiyalı Kurki Juho 578 (18x) xalla gümüş, İsveç təmsilçisi Olsson Karl isə 577 xalla bürünc medala sahib olub.

Xəbər 1146 dəfə oxundu.