300 metr məsafəyə standart tüfənglə atəşaçmada komanda yarışının qalibi İsveç millisi olub
Atıcılıq üzrə Avropa çempionatında kişilər arasında 300 metr məsafəyə standart tüfənglə atəşaçmada komanda yarışında İsveç millisi 1711 xal toplayaraq qalib gəlib.

Qızıl medalı İsveç yığmasına Andrea Rossi, Jan Loçbihler, Dfauks Gilles Vinsent qazandırıblar.

İkinci yeri 1710 xalla Avstriya millisi tutub. Gümüş medalı Avstriya komandasının heyətinə Rumpler Gernot, Pikl Bernhard və Sçmirl Aleksander təmin ediblər.

Yarışın üçüncüsü isə 1706 xalla Fransa millisi olub. Fransa yığmasının heyətində bu uğura Raynaud Aleksis, Sauveplane Valerian və Qraff Kiril imza atıblar.

Xəbər 1120 dəfə oxundu.