Azərbaycan cüdoçusu Almaniyada keçirilən yarışda çempion olub
Almaniyanın paytaxtı Berlin şəhərində gənc cüdoçular arasında Avropa kuboku yarışına yekun vurulub.

Mötəbər yarışın sonuncu günündə Azərbaycan cüdoçuları daha 2 medal qazanıblar.

100 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Zelim Kotsiyev bütün rəqiblərindən güclü olaraq Berlində növbəti dəfə Azərbaycan bayrağını ucaldıb. Digər təmsilçimiz Naim Hüseynov (81 kq) Avropa kubokunun bürünc medalına sahib olub.

Xatırladaq ki, 37 ölkədən 513 (317 oğlan, 196 qız) idmançının qatıldığı mötəbər yarışda Azərbaycan millisi 20 cüdoçu (15 oğlan, 5 qız) ilə təmsil olunub.

Xəbər 649 dəfə oxundu.