Fransa idmançısı kişilər arasında 300 metr məsafəyə tüfənglə üç vəziyyətdə atəşaçma yarışının qalibi olub
Avropa çempionatında kişilər arasında 300 metr məsafəyə tüfənglə üç vəziyyətdə atəşaçma yarışının qalibi Fransa idmançısı olub.

Dəqiqliyi ilə rəqiblərini üstələyən fransalı Raynaud Alexis 1167 xalla qızıl medal qazanıb.

Yarışda ikinci və üçüncü yerləri Macarıstan atıcıları Peni İstvan (1163 xal) və Sidi Peter (1161 xal) tutublar.

Xəbər 1286 dəfə oxundu.