“Şerif”-“Qarabağ” oyununu israilli hakimlər briqadası idarə edəcək
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Şerif” (Moldova)-“Qarabağ” (Ağdam) cavab oyunu üçün təyinatlar açıqlanıb.

Qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək. Avqustun 1-də baş tutacaq görüşün baş hakimi Roy Reynşreyber olacaq. Ona həmyerliləri Amihay Yehoşua Mozes və Dan Uçeniç kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi Daniel Bar Natan olacaq.

Matçın UEFA nümayəndəsi funksiyasını latviyalı Edqars Pukinsks icra edəcək. Hakim-inspektor vəzifəsi isə litvalı Paulius Maljinskasa həvalə olunub.

Qeyd edək ki, “Şerif”–“Qarabağ” oyunu Tiraspolun “Şerif” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


Xəbər 653 dəfə oxundu.