İsveç millisi 300 metr məsafəyə güllə atıcılığı üzrə komanda yarışında qalib gəlib
Bakı Atıcılıq Mərkəzində keçirilən Avropa çempionatında İsveç millisi qadınlar arasında tüfənglə 300 metr məsafəyə güllə atıcılığı üzrə komanda yarışında 1771 xal toplayaraq qalib gəlib.

Qızıl medalı İsveç millisinə Elin Ahlin (594 xal), Anna Norman (589) və Mariya Enqvist (588) qazandırıblar.

İkinci yeri 1754 xalla Almaniya millisi tutub. Gümüş medalı Almaniya komandasının heyətində Eva Roesken (588), Liza Mueller (588) və Sandra Georg (578) təmin ediblər.

Yarışın üçüncüsü isə 1751 xalla Estoniya millisi olub. Estoniya yığmasının heyətində bu uğura Anjela Voronova (588), Lyudmila Kortşagina (584) və Tuuli Kuebarsep (579) imza atıblar.

Xəbər 1491 dəfə oxundu.