Bakıda Vüqar Həşimovun xatirəsinə beynəlxalq şahmat turniri davam edir
Bakıda Azərbaycanın məşhur şahmatçısı, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri davam edir.

Vüqar Həşimov Akademiyasında keçirilən yarışda 8-10-12 yaşadək uşaqlar birincilik uğrunda mübarizə aparırlar. Bu gün turnirin beşinci turunun görüşləri keçirilir.

Azərbaycan, Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən 74 şahmatçının iştirak etdiyi turnir İsveçrə sistemi üzrə 9 turdan ibarətdir. Avqustun 1-dək davam edəcək mübarizəyə Azərbaycan, dünya və Avropa birinciliklərinin mükafatçıları, beynəlxalq əmsalı 1700-dən yüksək olan şahmatçılar qoşulublar.

Beynəlxalq turnirin reytinq favoriti Azərbaycan şahmatçısı Xəzər Babazadədir, baş hakimi isə beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadədir.

Xəbər 1063 dəfə oxundu.