40 lider sırasında təmsilçimiz yoxdur
Bolqarıstanın Plovdiv şəhərində şahmat üzrə Avropa çempionatının ikinci turu keçrilib. İdman.com.az saytı xəbər verir ki, yarışda iştirak edən 10 şahmatçımızdan bu turda qələbəni Orxan Abdulov (Gürcüstanlı Georgi Xelaya üzərində) və Eltac Səfərli (həmvətəni Cahangir Ağarəhimov üzərində) qeyd ediblər.

7 şahmatçımız heç-heçə edib. Bu sırada aparıcı şahmatçılarımızdan Şəhriyar Məmmədyarov gürcüstanlı Luka Payçadze ilə, Rauf Məmmədov polşalı Bartolomey Heberla ilə, Qəhir Hüseynov rusiyalı Aleksey Qoqanovla heç-heçə ediblər.

2 turdan sonra 40 şahmatçının 2 xalı olduğu halda, təmsilçilərimizdən
Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli, Namiq Quliyev və Vüqar Rəsulov 1,5 xalla 2-ci 50-likdə yer alırlar. Turnirin reytinq 2-cisi Şəhriyar Məmmədyarov 1 xalla 208-ci pillədədir.

Xəbər 1227 dəfə oxundu.