Gənclər arasında 25 metr məsafəyə tapança ilə güllə atıcılığı yarışında Bolqarıstan təmsilçisi qalib gəlib
Atıcılıq üzrə Avropa çempionatında gənclər arasında 25 metr məsafəyə tapança ilə güllə atıcılığı üzrə qadınların yarışı Bolqarıstan təmsilçisinin qələbəsi ilə başa çatıb.

Bolqarıstanlı Miroslava Minçeva bütün rəqiblərinə qalib gələrək 33 xalla qızıl medala sahib olub.

Çexiyalı Anna Dedova 30 xalla ikinci, Macarıstan təmsilçisi Veronika Major isə 25 xalla üçüncü yerdə qərarlaşıblar.

Xəbər 1422 dəfə oxundu.