Almaniyalı Monika Karç 25 metr məsafədən tapança ilə güllə atıcılığı yarışının qalibi olub
Atıcılıq üzrə Avropa çempionatında qadınlar arasında 25 metr məsafədən tapança ilə güllə atıcılığı yarışının final mərhələsində Almaniya təmsilçisi qızıl medal qazanıb.

Almaniyalı Monika Karç bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, 39 xal toplayıb.

Polşalı Klaudia Bres 33 xalla gümüş, Bolqarıstan təmsilçisi Mariya Qrozdeva isə 29 xalla bürünc medala sahib olub.


Xəbər 1466 dəfə oxundu.