“Səbail” klubu Səudiyyə Ərəbistanının “Əl-Raed” komandası ilə yoldaşlıq oyunu keçirib
Bakının “Səbail” futbol klubu Türkiyə toplanışı çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib.

Səudiyyə Ərəbistanının “Əl-Raed” klubu ilə qarşılaşan komandamız meydanı 1:2 hesablı məğlubiyyətlə tərk ediblər.

Komandamızın heyətində yeganə qolu Amit Quluzadə vurub.

Təlim-məşq toplanışını başa vuran “Səbail” artıq Vətənə dönüb.

Qeyd edək ki, Bakı təmsilçisi əvvəlki yoldaşlıq oyunlarında Səudiyyə Ərəbistanının “Əl-İttifaq” və Özbəkistanın “Paktaxor” klublarına 1:4 hesabı ilə məğlub olub, Omanın U-23 millisi ilə görüşdən 0:0 hesablı heç-heçə ilə ayrılıb.


Xəbər 583 dəfə oxundu.