Bakıda atıcılıq üzrə Avropa çempionatı davam edir
Bakı Atıcılıq Mərkəzində atıcılıq üzrə Avropa çempionatının yeddinci günündə - iyulun 27-də tapança ilə 25 metr, tüfənglə 50 metr məsafəyə üç pozisiyada atəş açmada qadınlar və gənclər, stend atıcılıq üzrə isə kişilər və gənclər arasında yarışlar keçirilir.

Kişi idmançıların stend atıcılığı yarışında təmsilçilərimizdən Əli Hüseynli, Ramil Rüstəmzadə, Tamerlan Məmmədov, Mirzə Bəşirov, gənclərdə isə Birmömün Ağazadə, Vaqif Məmmədov, Sabir Mehdizadə mübarizəyə qoşulublar.

Qeyd edək ki, çempionata avqustun 4-də yekun vurulacaq.

Xəbər 1489 dəfə oxundu.