“Sumqayıt” futbol klubu “Adana Demirspor”la yoxlama oyunu keçirib
2017/2018-ci il futbol mövsümünə hazırlaşan “Sumqayıt” klubu hazırlığın ikinci mərhələsi üçün yollandığı Türkiyənin Bolu rayonunda növbəti oyuna çıxıb.

Komanda iyulun 25-də axşam məşqi əvəzinə Türkiyənin 1-ci liqa təmsilçisi “Adana Demirspor”la yoxlama oyunu keçirib. Görüş Türkiyə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda komandamızdan yeganə qolu Rəşad Eyyubov vurub.

Qeyd edək ki, “Sumqayıt” Türkiyədə son yoxlama oyununu iyulun 28-də Səudiyyə Ərəbistanı təmsilçisi “Al-Taawoun” komandasına qarşı keçirəcək.

Xəbər 607 dəfə oxundu.