Həvəskar xanım velosipedçilərin yürüşü keçirilib
“Rapha” beynəlxalq həvəskar velosiped klubunun nümayəndəsi Castin Heyin təşəbbüsü və Azərbaycanın “Cyclemania Lady” qrupunun rəhbəri Günay İmanovanın təşkilatçılığı ilə “Women 100” adlı veloyürüş keçirilib.

Azərbaycanda ilk dəfə baş tutan bu veloyürüş hər il “Rapha”nın dəstəyi ilə dünyanın müxtəlif ölkələrində təşkil olunur.

Yürüşdə “Cyclemania Lady” həvəskar velosipedçilər qrupunun 7 aktiv qadın üzvü - Günay İmanova, Leyla Mirzəzadə, Rəbiyyə Oruclu, Səyyarə Hüseynli, Qumral Seyidova, Fidan Rəhimova və Gülşən Qaraşova iştirak edib.

Veloyürüş zamanı xanım velosipedçilər Şamaxı-İsmayıllı-Göyçay-Ağsu marşrutu üzrə 100 kilometr məsafə qət ediblər və qarşıya qoyulan vəzifənin öhdəsindən müvəffəqiyyətlə gəliblər.

Xəbər 1232 dəfə oxundu.