Bakının “Neftçi” klubu Almaniyanın “Herta” komandası ilə qarşılaşacaq
Bakının “Neftçi” futbol klubunun Avstriya toplanışı çərçivəsində keçirəcəyi sonuncu yoxlama oyunundakı rəqibi müəyyənləşib.

Bakı təmsilçisi avqustun 2-də Almaniyanın “Herta” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, “Neftçi” “Herta” ilə oyunadək – iyulun 30-da Birləşmiş Ərəb Əmirliyinin “Al Ain” klubu ilə sınaq matçına çıxacaq.

Xəbər 1121 dəfə oxundu.