Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turnirində ikinci tura yekun vurulub | |
İyulun 25-də Bakıda Azərbaycanın məşhur şahmatçısı, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turnirində ikinci tura yekun vurulub. Vüqar Həşimov Akademiyasında keçirilən yarışda 8-10-12 yaşadək uşaqlar birincilik uğrunda mübarizə aparırlar. İkinci turun görüşlərindən sonra 15 şahmatçının hesabında 2 xal var. Altı zəka sahibi hesabına 1,5 xal, 27 şahmatçı isə 1 xal yazdırıb. Azərbaycan, Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən 74 şahmatçının iştirak etdiyi turnir İsveçrə sistemi üzrə 9 turdan ibarətdir. Avqustun 1-dək davam edəcək mübarizəyə Azərbaycan, dünya və Avropa birinciliklərinin mükafatçıları, beynəlxalq əmsalı 1700-dən yüksək olan şahmatçılar qoşulublar. Beynəlxalq turnirin reytinq favoriti Azərbaycan şahmatçısı Xəzər Babazadədir, baş hakimi isə beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadədir. |
|
Xəbər 736 dəfə oxundu. |
|
|