Azərbaycan cüdoçuları yeniyetmələrin XXIV Avropa Olimpiya Festivalında ilk medal qazanıblar
Azərbaycan millisi yeniyetmələrin XXIV Avropa Olimpiya Festivalında ilk medalını qazanıb.

İyulun 25-də Macarıstanın Gyor şəhərində keçirilən festivalın cüdo yarışlarında mübarizə aparan milli komandamızın üzvü Vüsalə Kərimova (40 kiloqram) finaladək inamla irəliləyib. Qızıl medal uğrunda görüşdə məğlub olan cüdoçumuz Avropa Olimpiya Festivalını ikinci pillədə başa vurub.

Xatırladaq ki, Azərbaycan festivalda 41 idmançı ilə təmsil olunur.

Xəbər 662 dəfə oxundu.