Gəncənin “Kəpəz” klubu Ərzurumda “Ankaragücü” komandası ilə qarşılaşıb
Türkiyədə təlim-məşq toplanışında olan Gəncənin “Kəpəz” futbol klubu növbəti yoxlama oyununu keçirib.

Komandamız Türkiyənin birinci liqa təmsilçisi olan “Ankaragücü” klubu ilə qarşılaşıb. Oyun rəqib kollektivin 2:0 hesablı qələbəsi ilə nəticələnib.

Bu oyun “sarı-göylər”in Ərzurumda ikinci sınaq matçı olub. Bundan əvvəlki qarşılaşmada Gəncə klubu “Samsunspor”a 1:2 hesabı ilə uduzmuşdu. “Kəpəz” hazırlıq çərçivəsində son oyununu iyulun 24-də “Elazığspor”a qarşı keçirəcək.

Xəbər 654 dəfə oxundu.