Karateçilərimiz Polşada Dünya Oyunlarında iştirak edəcəklər
Azərbaycanın iki idmançısı Polşanın Vrotslav şəhərində Dünya Oyunlarının karate yarışlarında iştirak etmək üçün bu ölkəyə yollanıblar.

Ayxan Mamayev (84 kq) və Firdovsi Fərzəliyev (60 kq) Dünya Oyunlarına vəsiqəni ötən ilin payızında Avstriyada dünya çempionatının mükafatlarına əsasən qazanıblar. Üçüncü vəsiqənin sahibi Rafael Ağayev isə zədə üzündən yarışa qatıla bilməyib.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Dünya Karate Federasiyası (WKF) texniki komitəsinin üzvü və Avropa Karate Federasiyası (EKF) İdarə heyətinin üzvü Yaşar Bəşirovun rəhbərliyi ilə bu mötəbər yarışda iştirak edəcək karateçilərimiz iyulun 25-26-da Polşada mübarizə aparacaqlar.

Xəbər 1179 dəfə oxundu.