“Sumqayıt” komandası Türkiyə Superliqası təmsilçisinə məğlub olub
2017/2018-ci il futbol mövsümünə hazırlaşan “Sumqayıt” klubu hazırlığın ikinci mərhələsi üçün yollandığı Boluda növbəti yoxlama matçını keçirib.

Komandamız Türkiyə Superliqası təmsilçisi “Sivasspor" klubu ilə üz-üzə gəlib.

Bolu Termal Hotelinin stadionunda keçirilən qarşılaşma komandamızın 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, 1967-ci ildə əsası qoyulan “Sivasspor” 2016/2017-ci il mövsümündə Türkiyə birinci liqasını lider olaraq tamamlayıb və Superliqaya yüksəlib.

Xəbər 1083 dəfə oxundu.