Atıcılıq üzrə Avropa çempionatının Azərbaycanda keçirilməsi ölkəmizdə idmanın bu növünün inkişafının göstəricisidir
Atıcılıq üzrə Avropa çempionatının Azərbaycanda keçirilməsi ölkəmizdə idmanın bu növünün inkişafının göstəricisidir. Çempionatda 43 ölkədən minə yaxın idmançı iştirak edir.

Bu sözləri Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərov iyulun 22-də jurnalistlərə müsahibəsində deyib.

H.Cəfərov bildirib: “Belə yarışların ölkəmizdə - Bakıda və Qəbələdə keçirilməsi Avropa və Beynəlxalq Atıcılıq federasiyalarının Azərbaycan Atıcılıq Federasiyasına etimadının göstəricisidir. Azərbaycan Atıcılıq Federasiyasının nümayəndəsi Emin Cəfərov ilk dəfə olaraq Avropa Atıcılıq Konfederasiyasının texniki komitəsinin üzvü seçilib. Bu da bizim üçün böyük əhəmiyyət daşıyır. Çünki bununla Azərbaycan idmanın bu növü üzrə mühüm məsələlərin müzakirəsində təmsil olunacaq”.

Xəbər 1380 dəfə oxundu.