Atıcılıq üzrə Avropa çempionatının ikinci günündə idmançımız Ruslan Lunyov mübarizəyə qoşulub
Bakı Atıcılıq Mərkəzində keçirilən atıcılıq üzrə Avropa çempionatının ikinci günündə - iyulun 23-də tapança ilə 25 metr və tüfənglə 50 metr məsafəyə atəş açma üzrə yarışlara start verilib.

Turnirin ikinci günündə yığma komandamızın üzvü Ruslan Lunyov da mübarizəyə qoşulub. O, 25 metr məsafədən tapança ilə hədəfi vurmaq bacarığını nümayiş etdirəcək.

Çempionat avqustun 4-dək davam edəcək.

Xəbər 1518 dəfə oxundu.