Bakıda atıcılıq idmanı üzrə Avropa çempionatı start götürüb
İyulun 22-də Bakıda atıcılıq idmanı üzrə Avropa çempionatı start götürüb.

Bakı Atıcılıq Mərkəzində keçirilən yarışda 43 ölkədən minə yaxın idmançı 79 dəst medal uğrunda mübarizəyə qoşulub.

Yarışın ilk günündə idmançılar 50 metr məsafəyə tapançadan atəş açma və stend atıcılığı üzrə yarışda çıxış edirlər.

Yığmamız 25, 50, 300 metr məsafədən hədəfi nişan alma, həmçinin stend atıcılığının bütün növləri üzrə yarışlarda təmsil olunacaq.

Xəbər 1506 dəfə oxundu.